
4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan bu yarışda 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Turnirin son günündə yığmamız qarışıq komanda yarışında da çıxış edəcək.
Komandada gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Qeyd edək ki, qitə birinciliyində ümumilikdə 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.
Azərbaycan yığmasının heyəti
Oğlanlar:
-60 kq: Nihad Məmişov, Fərid Qarayev
-66 kq: Məhəmməd Musayev, Nizami İmranov
-73 kq: Əbil Yusubov
-81 kq: Süleyman Şükürov
-90 kq: Aslan Kotsoyev
-100 kq: Davud Namazlı
+100 kq: Ramazan Əhmədov
Qızlar:
-48 kq: Fəridə Mirzəyeva
-52 kq: Xədicə Qədəşova, Aydan Vəliyeva
+78 kq: Nigar Süleymanova
Qarışıq komanda yarışı:
-63 kq: Nilgün Rzayeva