
Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir başa çatıb.
Sportnet.az xəbər verir ki, Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışda Azərbaycan millisi 2 medal qazanıb.
Təmsilçilərimizdən Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər. Hər iki boksçu turniri bürünc medalla başa vurub.