
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha üç güləşçisi mübarizəyə qoşulacaq.
Sportnet.az xəbər verir ki, sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq), qadın güləşçilərdən Günay Qurbanova (59 kq) çıxış edəcəklər.
Millinin digər üzvlərindən Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici, Osman Nurməhəmmədov isə bürünc medal görüşünə qatılacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medal qazanıb.