
Olimpiya çempionu Hidayət Heydərov Qvadalaxara Qran Prisində qızıl medal qazandıqdan sonra fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, titullu idmançı “Judo TV”yə açıqlamasında özümü əla hiss etdiyini bildirib.
O, sanki hər şeyi sıfırdan başladığını və bundan sonra davamının gələcəyini vurğulayıb:" Bu, idman formasını itirdiyim ilk dəfə deyil. Uğurdan sonra bəzən uğursuzluğa düçar oluram, amma sonra yenidən qayıdıram. Hətta dünya çempionatında uduzanda da bilirdim ki, yenə qayıdacağam. Peşəkar idmanda enişlər və yüksəlişlər lazım olur - sən ya zirvədəsən, ya da enişdəsən. Sözün açığı, mən eniş dövrünə görə çox da narahat olmuram. Mən Olimpiya, dünya və Avropa çempionuyam və özümə əminəm ki, yenə qayıdacağam. Bütün bu tənqidlər isə məni sadəcə motivasiya edir – mən bunu sevirəm”.