
Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, Babaşov finalda moldovalı Vitali Yeryomenkoya qalib gəlib - 6:3.
Beləliklə, o, qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha bir yunan-Roma güləşçisi Elmir Əliyev (55 kq) finala yüksəlib.