Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hazırlıq Şamaxıda keçirilir.
Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.
Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.
Qeyd edək ki, toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.









































































