Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasında Məhəmməd Bənanın baş məşqçi postuna gəlişindən sonra 3 köməkçi-məşqçi ilə yollar ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bunlar Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovdur.
Onlar əvvəlki baş məşqçi Aleksandr Tarakanovun istefaya göndərilməsindən sonra işlərini itiriblər.
Böyük məşqçi Rövşən Bayramovun vəzifəsi isə endirilib. Bayramov bundan sonra millinin məşqçisi kimi fəaliyyət göstərəcək.
Əvəzində gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov əsas millidə eyni vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Avropa və dünya çempionu Həsən Əliyev Azərbaycan millisində 2020-ci ildən, Bakı-2015 I Avropa Oyunlarının, eləcə də Dünya Kubokunun qalibi Elvin Mürsəliyev və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov isə 2024-cü ildən çalışırdı.










































































