11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun təşkil ediləcək. Görüşləri yerli (beynəlxalq və milli dərəcəli) hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş ən ali (I-S) kateqoriyaya sahib referilər idarə edəcək.
Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq. U20 Azərbaycan çempionatının açılış mərasimi 3 fevral 17:00-da, U17 yaş qrupunda analoji yarışın açılış mərasimi isə 9 fevral 17:00-da başlayacaq. Azarkeşləri maraqlı sürprizlərin gözlədiyi yarışlarda gündüz seansı 10:00-da, həlledici qarşılaşmaların keçiriləcəyi axşam seansı isə 17:00-da start götürəcək.
Xatırladaq ki, Gəncə İdman Sarayı ötən il güləş üzrə U15 ölkə birinciliyinə də ev sahibliyi edib.















































































