Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.
Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.
Martın 20-də start götürəcək Tbilisi Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 10:00-dan "Judo TV"də, final bloku isə saat 17:00-dan "CBC Sport" telekanalında canlı yayımlanacaq. Yarış martın 22-də başa çatacaq.
66 kq, 1/32 final: Turan Bayramov – Kilian Noel (Fransa)
66 kq, 1/16 final: Rəşad Yelkiyev – Yoxem van Harten (Niderland)
73 kq, 1/32 final: Kamran Süleymanov – Rey Marinks (Belçika)
73 kq, 1/16 final: Hidayət Heydərov – Zelemxan Batçayev (Belçika)
+100 kq, 1/8 final: Camal Qamzatxanov – Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi ilə
+100 kq: 1/8 final: Kənan Nəsibov – Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi ilə
48 kq, 1/16 final: Könül Əliyeva – Mişel Altanşaqay (Monqolustan)
52 kq, 1/8 final: Leyla Əliyeva – Gefen Primo (İsrail)
70 kq, 1/16 final: Südabə Ağayeva – Nino Qulbani (Gürcüstan)
70 kq: 1/16 final: Aytac Qardaşxanlı – Şirincon Yuldoşova (Özbəkistan)
+78 kq, 1/8 final: Madina Kaisinova – Erika Simonetti (İtaliya)