Estoniyada yeniyetmə güləşçilər arasında “Tallin Open” turniri keçirilib.
Sportnet.az xəbər verir ki, 41 ölkənin təmsil olunduğu ənənəvi yarışda Azərbaycanın U-17 yığmasının böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi çıxış edib.
Onlardan 5-i fəxri kürsüyə qalxıb.
Fatimə Bayramova (53 kq) keçirdiyi 7 görüşün hamısında qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi yarışdan sonra Tallində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığma U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.














































































