“İki il əvvəl Avropa çempionatında gümüş medal qazanmışdım. Bu il qızıl medal əldə etmək istəyirdim. Qismət olmadı. Amma yenə də vətənə medalsız qayıtmadıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanması barədə təəssüratlarını bölüşərkən deyib.
55 kq çəki dərəcəsində yer alan Məmmədov qarşıda çoxlu yarışların olduğunu vurğulayıb: "Fikirləşirəm ki, biz yenə Emin Seferşayevlə qarşılaşacağıq. İnşallah, bu məğlubiyyət təkrarlanmayacaq. Eldəniz Əzizlinin burada olması mənim üçün böyük stimul idi. Mənə görüşlə bağlı bütün məsləhətlərini vermişdi”.














































































