Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Prinin final mərhələsinin açılış mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, bədii hissənin ardından iştirakçı ölkələrin səhnəyə dəvət olunub.
Rəsmi hissədə çıxış edən Dünya Güləş Birliyinin (UWW) baş katibi Mişel Düsson çıxışında yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
O deyib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları öncəsi xüsusi önəm kəsb edən turnir Azərbaycanda güləşin inkişafından məmnunluq ifadə edib. Düsson dünyada güləşin xüsusi yer tutduğunu və heç bir böhtanın bu növü inkişafdan saxlaya bilməyəcəyini vurğulayıb. UWW rəsmisi ən güclü güləşçilərin qalib gəlməsini arzulayıb.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev isə 41 ölkədən 450-dək pəhləvanı salamlayıb. O, artıq 8 ildir Qızıl Qran Prinin final mərhələsini təşkil etdiklərini xatırladıb. N.Əliyev yayda keçirilmiş "Bakı 2015" I Avropa Oyunlarının bütün dünyada yüksək qiymətləndirildiyini söyləyib. Federasiya rəsmisi Avropa Oyunları və dünya çempionatında olduğu kimi, Rio-2016-da da yüksək əyarlı medallar qazanmağı hədəflədiklərini açıqlayıb. Sonda o, yarışı açıq elan edib.
Dövlət himninin səsləndirilməsinin ardından sərbəst güləşçilərin medal görüşlərinə start verilib.