Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilib. Sportnet.az-ınməlumatına görə, Azərbaycan güləşçiləri turniri 2 bürünc medalla başa vurub.
59 kq-da mübarizə aparan Kərim Cəfərov və 66 kq-da İslambek Dadov fəxri kürsüyə qalxıb. 80 kq çəkidəki Emin Əhmədovla 98 kq-da yer alan Orxan Nuriyev bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci olub.
Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
Qeyd edək ki, Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb.