1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamız Tehranda
Martın 3-də İranın paytaxtı Tehranda yeniyetmələr arasında "Yadigar İmam Kuboku" uğrunda beynəlxalq turnirə start veriləcək. Sportnet.az-ın məlumatına görə, 2 gün davam edəcək turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandalarının üzvləri iştirak edəcək.
Turnirdən öncə yığma komandalarımız İrandan olan həmkarları ilə 10 günlük birgə təlim-məşq toplanışına qatılacaq. Artıq hər iki yığma komandamızın üzvləri Tehrana yola düşüb.
Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında yunan-Roma güləşi yığmasının heyətində Azər Muxtarov (42 kq), Fail İsgəndərov (46 kq), Zaur Nuriyev, Fazil Mirzəyev (hər ikisi 50 kq), Həsən Məmmədli (54 kq), Ədil Sadıqzadə (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəsir Həsənov (76 kq), Tehran Əminzadə (85 kq) və Camal Feyziyev (100 kq) yer alıb.
Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Tehrana sərbəst güləşçilərimizdən Mahir Məmmədov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov (54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov, Hüseyn Hüseynzadə (hər ikisi 63 kq), Nəsib Osmanov (69 kq), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq), Əli Əminzadə, Asxab Həmzəyev (hər ikisi 100 kq) yollanıb.