1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya Oyunlarında yenilik
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının güləş yarışlarının püşkatması zamanı yeni qayda tətbiq olunacaq. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi və Dünya Güləş Birliyi İcraiyyə Komitəsi üzvləri arasındakı danışıqların nəticəsində belə bir qərar qəbul olunub.
Qərara əsasən, 2015-ci ildə Las Veqasda keçirilmiş dünya çempionatının finalçıları olimpiadada eyni yarımqrupda mübarizə aparmayacaq. Püşkatma zamanı "kor püşk" adlandırılan metoddan istifadə edilir, ancaq bu qayda mundialın finalçılarına şamil edilməyəcək. Çempionatın qalibi üst yarımqrupda, gümüş medalçı isə alt yarımqrupda mübarizə aparacaq. Bu qərar güclü idmançıların finala çıxma şansını artıracaq.
Bu qərar dünya çempionatının finalında güləşən və lisenziya qazanan idmançıların özlərinin olimpiadada iştirakı zamanı tətbiq ediləcək. Milli federasiyalar Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançının özünü deyil, başqa birini iştirak ərizəsinə yazarsa, o zaman bu qərar tətbiq edilməyəcək.
Qeyd edək ki, bu qərar Azərbaycanın aparıcı güləşçilərinin daha yüksək nəticə göstərmələrinə şərait yarada bilər.