Azərbaycanın 2 güləşçisi - qadın güləşi üzrə yığmanın kapitanı Mariya Stadnik (48 kq) ilə Aleksandr Qostiyev (86 kq) finala çıxıblar.
Standik finala gedən yolda Oleksandra Kogutu (Ukrayna), Valentina İslamovanı (Rusiya) və Elitsa Yankovanı (Bolqarıstan) tam üstünlüklə məğlub edib. Həlledici görüşdə onun rəqibi Rumıniya təmsilçisi Emilia Vuk olub. Stadnik bu dəfə də tam üstünlüklə qalib gəlib. O, rəqibini 1 dəqiqə 12 saniyəyə məğlub edib. Bununla da28 yaşlı güləşçi 5-ci dəfə (2008, 2009, 2011, 2014, 2016) Avropa çempionu olub. Onun aktivində 2009-cu ilin dünya çempionluğu və "Bakı 2015" I Avropa oyunlarının qızıl medalı da var.
Qostiyevin ilk rəqibi polşalı Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalçısı, gürcüstanlı Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Aliaksandr Huştini (Belarus) məğlub edib. Finalda o, rusiyalı Şamil Kudiamaqomedovla üz-üzə gəlib. Bu görüşdə isə Kudiamaqomedov qalib gəlib. Nəticədə Azərbaycan təmsilçisi gümüş medalla kifayətlənib.
57 kq çəkidə mübarizə aparan Mahir Əmiraslanov isə bürünc medal uğrunda güləşəcək. O. ilk görüşdə Latviya təmsilçisi Eduard Kutsepalovdan üstün olub. Ardınca Andrey Yatsenko (Ukrayna) ilə gərgin keçən görüşdə minimal hesabla məğlub olan Əmiraslanov rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Yatsenkonun almaniyalı Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Təmsilçimiz 2:12 hesabı ilə uduzaraq qitə birinciliyini 5-ci yerdə başa vurub.
48 kq
Təsnifat
Mariya Stadnik (Azərbaycan) – Oleksandr Kogut (Ukrayna) – 10:0
1/4 final
Mariya Stadnik (Azərbaycan) – Valentina İslamova (Rusiya) – 5:2
Yarımfinal
Mariya Stadnik (Azərbaycan) – Yelitsa Yankova (Bolqarıstan) – 9:0
Final
Mariya Stadnik (Azərbaycan) – Emilia Vuk (Rumıniya) - 10:0
Kişilər
86 kq
1/8 final
Aleksandr Qostiyev (Azərbaycan) – Zbiqnev Baranovski (Polşa) - rəqib görüşə çıxmayıb
1/4 final
Aleksandr Qostiyev (Azərbaycan) – Dato Marsaqişvili (Gürcüstan) – 4:3
Yarımfinal
Aleksandr Qostiyev (Azərbaycan) – Aliaksandr Huşti (Macarıstan) – 3:1
Final
Aleksandr Qostiyev (Azərbaycan) – Şamil Kudiamaqomedov (Rusiya) - 6:2
57 kq
1/8 final
Mahir Əmiraslanov (Azərbaycan) – Eduards Kucepalovs (Latviya) – 11:1
1/4 final
Mahir Əmiraslanov (Azərbaycan) – Andriy Yatsenko (Ukrayna)
– 8:9
Təsəlliverici görüş
Mahir Əmiraslanov (Azərbaycan) – Marcel Evald (Almaniya) – 3:0
3-cü yer uğrunda görüş
Mahir Əmiraslanov (Azərbaycan) – Andrey Dukov (Rumıniya) - 2:12