1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında 5 medal və 2-ci yer
Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın yunan-Roma güləşçiləri ikinci yarış günündə 2 gümüş və 2 bürünc medal qazanıblar.
76 kq çəki dərəcəsində yer alan Nicat Abdullayev Avstriya, Bolqarıstan və Belarus güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə o, İran güləşçisinə uduzaraq, gümüş medala sahib olub.
85 kq çəkidə yer alan Soslan Fanziyev finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. ABŞ, Finlandiya və Belarus güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimizin həlledici qarşılaşmada Ukrayna güləşçisinə yenilərək, gümüş medalla kifayətlənib.
46 kq-da mübarizə aparan Seymur Hüseynov ilk görüşündə Rusiya təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Qazaxstan güləşçisini məğlub edən Seymur həlledici qarşılaşmaya çıxıb. Bürünc medal uğrunda o Türkiyə güləşçisini üstələyib və dünya çempionatını 3-cü sırada tamamlayıb. 69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov 1/16 final mərhələsindən yarışa başlayıb. İsveçrə, Çexiya və İsveç güləşçilərini məğlub Dadov yarımfinalda Xorvatiya güləşçisinə minimal hesabla məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşdə isə qazaxstanlı rəqibinə qalib gələrək, yığmamıza daha bir bürünc medal qazandırıb.
Beləliklə, ümumilikdə 3 gümüş və 2 bürün medal qazanan yuna-Roma güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq dünya çempionatını ikinci sırada tamamlayıb. Eyni xalla Rusiya yığması birinci, 43 xalla İran yığması üçüncü olub.