Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb.
Yığma komandamız 3 çəki dərəcəsində təmsil olunub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 46 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova yarışa Rusiya güləşçisi üzərində qələbə iə başlasa da, Yaponiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan Türkan burada Belarus güləşçisini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Almaniyadan olan rəqibini təmiz qələbə ilə üstələyən güləşçimiz Dünya çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, yeniyetmə qızların ilk yarış günündə millimiz 1 gümüş medal qazanıb. Həmin medala Leyla Qurbanova (49 kq) layiq görülüb.