ABŞ-ın əfsanəvi boksçusu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib. Sportnet.az-ın məlumatına görə, 74 yaşlı sabiq idmançının tənəffüs orqanlarında problem yaranıb.
Yaxınları onun durumunun qənaətbəxş olduğunu bildirirlər. Bununla belə, keçmiş boksçunun xəstəxanada müayinəsi davam etdirilir. O, bir müddət həkim nəzarəti altında qalacaq.