1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransada MMA ilə bağlı dəyişiklik
Fransanın İdman Nazirliyi ölkədə MMA döyüşlərinin keçirilməsi qaydalarında dəyişiklik edib. Sportnet.az-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Məlumatda döyüşlərin rinqdə və ya xalça üzərində keçiriləcəyi bildirilir. Yeni qərara əsasən qaydalarda bir sıra dəyişikliklər edilib. Rəqibin başına, ənsəsinə, boğazına, onurğa sütununa, paxına zərbə vurmaq, diz və dirsəklə zərbə endirmək, barmaqla ağız və burun nahiyəsindən xəsarət yetirmək qadağan olunub. Nazirlik bu cür hallar baş verəcəyi təqdirdə həmin idmançının diskvalifikasiya olunacağını qeyd edib.
Fransa MMA İttifaqının prezidenti Bertran Amossu nazirliyin bu cür qərtar verməsini hörmətsizlik adlandırıb və bu səbəbdən məhkəməyə müraciət edəcəklərini deyib.