1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamızın iki üzvü karyerasını bitirir
"Azərbaycan güləşçiləri IV İslam Həmrəyliyi Oyunlarında tam tərkibdə iştirak edəcək. Buna uyğun təqvim planı hazırlanacaq". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib.
Onun sözlərinə görə, Oyunlara qədər güləş yığmasının bir neçə üzvünün karyerasını başa vuracağı gözlənilir: "Amma mən hesab edirəm ki, idmançı yaşına baxmayaraq yaxşı hazırlaşırsa, o, yarışlarda iştirak edib uğur qazana bilər. Güləşçilərimizdən Xetaq Qazyumov, Rövşən Bayramov ümumiyyətlə idmanı tərk edirlər. Hazırda gənc idmançılarımız çoxdur. Dünya çempionu olan, kifayət qədər özünü göstərən gənc pəhləvanlar var. Hansıları özünü yaxşı tərəfdən göstərəcəklərsə, gələcək yarışlara da onlar qatılacaqlar".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin mayında Bakıda keçiriləcək.