Bu gün Rumıniya Cüdo Federasiyasının İdarə Heyətinin iclası keçirilib. Sportnet.az-ın "Report”a istinadən məlumatına görə, Rumıniya Milli Olimpiya və İdman Komitəsində keçirilən iclasda 150-dən çox nümayəndə iştirak edib.
Rumıniya Cüdo Federasiyası prezidentliyinə, vitse-prezidentliyinə və digər rəhbər vəzifələrə seçkilər keçirilib. Rumıniyanın tanınmış siyasətçisi və jurnalisti Cozmin Guşa federasiya prezidenti seçilib.
Daha sonra federasiyanın vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib. SOCAR-ın Rumıniyadakı "SOCAR Petroelum SA” şirkətinin baş direktoru Həmzə Kərimov da daxil olmaqla daha 4 nəfər vitse-prezident vəzifələrinə seçilib.
Qeyd edək ki, Rumıniya Cüdo Federasiyasının hazırkı prezidenti Daniel Florin Lascau 2015-ci ildə noyabrın 23-də bu vəzifəyə seçilib və bu il onun səlahiyyət müddəti başa çatır.