1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qazaxıstana gedəcək boksçular bilindi
Mayın 8-də Qazaxıstanın Çimkənt şəhərində start götürəcək beynəlxalq turnirdə iştirak edəcək boks üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışda yığmanın 13 üzvü mübarizə aparacaq.
Baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında Çimkəntdə yollanan komandanın heyətində Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədov (+85 kq) yer alacaq.
Elxan Əsədov isə Azərbaycanı hakim kimi təmsil edəcək.
Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq yığma 5 gün sonra vətənə dönəcək.