Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycanın yalnız bir təmsilçisi mükafatçılar sırasına düşə bilib.
50 kq çəkidə mübarizə aparan Zülfüqar Əliyev ardıcıl olaraq Almaniya, Rusiya və Danimarka təmsilçilərini mübarizədən kənarlaşdırararaq, finala yüksəlib. Lakin Həlledici görüşdə Zülfüqar Əliyev Gürcüstan idmançısına uduzaraq çempionatı gümüş medalla başa vurub.
50 kq
1/8 final. Steven Ekker (Almaniya) - Zülfüqar Əliyev - 0:8
1/4 final. Atmir Kotçev (Rusiya) - Zülfüqar Əliyev - 1:4
1/2 final. Zülfüqar Əliyev - Nikolay Mohammadi (Danimarka) - 10:6
FİNAL. Zülfüqar Əliyev - Ramaz Silaqava (Gürcüstan) - 1:5
60 kq
1/8 final. George Avram (Moldova) - Kamran Mirzəliyev - 0:8
1/4 final. Kamran Mirzəliyev - Qraçya Poqosyan (Ermənistan) - 1:1*
74 kq
1/8 final. Narek Ohanyan (Rusiya) - Ülvi Qənizadə - 3:2
Təsəlliverici görüş. Ülvi Qənizadə - Beka Mamukaşvili (Gürcüstan) - 1:3
96 kq
1/16 final. Yan Jirn (Almaniya) - Seyidməhəmməd Ömərov - 5:0