1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hacı Əliyev: "Hədəfim olimpiya çempionluğudur"
"Əlbəttə, çox sevinirəm ki, idman həyatımda bu qədər əziyyət çəkib bu yerə gələ bildim, 3-cü dəfə dünya çempionu oldum. İlk dəfə 2014-cü ildə Özbəkistanda olmuşdum, sonra 2015-ci ildə ABŞ-da, dünən də Fransada. Həqiqətən çox sevinirəm. Bu, təkcə mənim yox, məşqçilərimin, ailəmin əziyyətidir. Qələbəmi bütün Azərbaycan xalqına, bütün mənə dəstək olan, dua edənlərə həsr edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev deyib. 61 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı pəhləvan növbəti hədəfini də açıqlayıb: "2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında da çempion olmalıyam. Milli komandamızın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında bu uğuru qazanmaq istərdim".
Qeyd edək ki, Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixində ilk dəfə üçqat dünya çempionu olub.