
Azərbaycan prezidenti İlham Əliyev sərbəst güləş üzrə Azərbaycan milli komandanın baş məşqçisi Firdovsi Umudovla və üçqat dünya çempionu Hacı Əliyevlə də görüşüb. Sportnet.az-ın məlumatına görə, görüş Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbiri çərçivəsində baş tutub.
Prezident İlham Əliyev baş məşqçini və güləşçini son dünya çempionatında qazanılan uğur münasibətilə təbrik edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan güləşçiləri Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda ölkəmizin idman şərəfini layiqincə qoruyub, Hacı Əliyev müstəqil Azərbaycanın güləş tarixində ilk dəfə 3 qat dünya çempionu olub. O, Umudova pəhləvanlarımızın çıxışlarını hər zaman diqqətdə saxladığını bildirib və bundan sonra da onlardan yaxşı nəticələr gözlədiyini deyib.
Diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən baş məşqçi Azərbaycanın idman şərəfəni hər zaman yüksəkdə tutacaqlarını və onlara bəslənilən etimadı bundan sonra da doğrultmağa çalışacaqlarını deyib.