Güləş üzrə Azərbaycan çempionatında ilk günə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yunan-Roma güləşçiləri 5 çəki dərəcəsində qalibləri müəyyənləşdiriblər.
Əsas diqqətlər 82 kq çəki dərəcəsində final görüşünə yönəlib. Son dünya çempionatının bürünc mükafatçısı Elvin Mürsəliyev və 2011-ci ilin Avropa çempionu Rafiq Hüseynov arasındakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Lakin sonuncu fəndi yerinə yetirən Hüseynov qalib elan olunub.
İlk günün nəticələri:
55 kq
FİNAL – Ziya Zeynalov – İbrahim Nurullayev 10:1
Bürünc medal görüşü - İzzət Süleymanov – Eldəniz Əzizli 0:8
Bürünc medal görüşü – Zülfüqar Əliyev – Zaur Əliyev 10:1
63 kq
FİNAL – Mikayıl Rəhmanov – Taleh Məmmədov 2:6
Bürünc medal görüşü – Xəyyam Abdullayev – Elçin Həsənov 2:3
Bürünc medal görüşü – Vilayət Qəhrəmanlı – Kazbek Fətəliyev 8:0
72 kq
FİNAL – Namaz Rüstəmov – Ülvi Qənizadə 1:5
Bürünc medal görüşü – Nofəl Babayev – Rövşən Tağıyev 8:0
Bürünc medal görüşü – Emil Abdullayev – Sənan Süleymanov 0:3
82 kq
FİNAL – Rafiq Hüseynov – Elvin Mürsəliyev 1*:1
Bürünc medal görüşü – Anar Əlizadə - Nicat Abdullayev 0:8
Bürünc medal görüşü – Rəfael Məhərrəmov – Elton Vəzirzadə 1:9
97 kq
FİNAL – Saqimaqomed Omarov – Türmən Eyyubov -/+
Bürünc medal görüşü – Seymur Nizami – Kamil Məmmədov 2:6
Bürünc medal görüşü – Orxan Nuriyev – Nizami Şəmilov 8:1