1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stadnik finalda uduzdu
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik İsveçin Klippan şəhərində keçirilən açıq beynəlxalq turnirdə gümüş medal qazanıb. Sportnet.az-ın məlumatına görə, qadın güləşçilərin reytinq xallarının hesablandığı ilk yarışın finalında Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olub.
Gərgin keçən qarşılaşmanın son saniyələrində 2:1 hesabı ilə öndə olan Stadnik bu üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından döyüşün qalibi də o olub.
50 kq
FINAL. Mariya Stadnik - Yui Susaki (Yaponiya) - 2:2*
1/2 final. Mariya Stadnik - Amy Ann Förnsayd (ABŞ) - 10:0 (1 dəq. 59 san.)
1/4 final. Cessica Ann Mari Makdonald (Kanada) - Mariya Stadnik - 0:12 (4 dəq. 35 san.)
1/8 final. Emilia Alina Vuk (Rumıniya) - Mariya Stadnik - 0:10 (1 dəq. 42 san.)
Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Avropa və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.