Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatının üçüncü günündə qadın güləşi üzrə 5 çəki dərəcəsində mübarizəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan pəhləvanları günü 1 qızıl, 2 bürünc medalla başa vurublar. 50 kq çəki dərəcəsindəki Mariya Stadnik Almaniya, Rusiya, Belarus və Rumıniyadan olan rəqiblərini çətinlik çəkmədən yenərək, karyerasında 7-ci dəfə Avropa çempionu olub. Onun aktivində "Bakı 2015" I Avropa Oyunlarının qızıl medalı da var.
59 kq çəkidəki Tatyana Omelçenko və 76 kq-da Səbirə Əliyeva isə bürünc medalla kifayətlənib.
Avropa çempionatı
3 may
Qadın güləşi
50 kq
FİNAL. Emilia Vuk (Rumıniya) - Mariya Stadnik - 0:10 (32 san.)
1/2 final. Mariya Stadnik - Kseniya Stankeviç (Belarus) - 10:0
1/4 final. Mariya Stadnik - Milana Dadaşeva (Rusiya) - 10:0
1/8 final. Mariya Stadnik - Jakelin Şellin (Almaniya) - 10:0
55 kq
1/4 final. Bediha Gün (Türkiyə) - Solmaz Həşimzadə - 4:0
59 kq
Bürünc medal görüşü. Tatyana Omelçenko - Katerina Yanuşkeviç (Belarus) - 12:2
1/4 final. Mimi Hristova (Bolqarıstan) - Tatyana Omelçenko - 8:3
68 kq
1/8 final. Buse Tosun (Türkiyə) - İrina Netreba - 8:5
76 kq
Bürünc medal görüşü. Səbirə Əliyeva - İrina Pasiçnyuk (Ukrayna) - 6:3
1/2 final - Səbirə Əliyeva - Yekaterina Bukina (Rusiya) - 0:11
1/4 final. Zenet Nemet (Macarıstan) - Səbirə Əliyeva - 6:9
Qeyd edək ki, bu gün daha 5 çəkidə mübarizəyə qoşulan Azərbaycanın 4 qadın güləşçisindən Elis Manolova (65 kq) finala yüksəlib, Alyona Kolesnik (57 kq) isə bürünc medal uğrunda yarışacaq.