1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında daha 2 medal
Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası daha 2 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə bürünc medala sahib olub. Məmmədov və Kərim Cəfərov (67 kq) hərəyə bir görüş, Vəzirzadə isə 2 görüşü qələbə ilə başa vursa da, 1/4 finalda məğlub olub. Rəqiblərin finala yüksəlməsi ilə onlar təsəlliverici görüşlərə qatılıb. Hər üç güləşçi təsəlliverici görüşləri qələbə ilə tamamlayaraq bürünc medal görüşünə haqq qazanıb.
Məmmədov və Vəzirzadə həlledici görüşdə də qələbə qazanaraq, çempionatın bürünc medalına sahib olub.
60 kq
Bürünc medal görüşü. Murad Məmmədov - Teodor Huratau (Rumıniya) - 8:3
Təsəlliverici görüş. Avqustin Spasov (Bolqarıstan) - Murad Məmmədov - 0:9
1/4 final. Kerem Kamal (Türkiyə) - Murad Məmmədov - 5:2
1/8 final. Mikkel Lassen (Danimarka) - Murad Məmmədov - 4:12
67 kq
Bürünc medal görüşü. Kərim Cəfərov - Roman Pakurkovski (Polşa) - 2:4
Təsəlliverici görüş. İqnasio Sanfilippo (İtaliya) - Kərim Cəfərov - 0:8
1/4 final. Alen Mirzoyan (Rusiya) - Kərim Cəfərov - 11:4
1/8 final. Levani Kavjaradze (Gürcüstan) - Kərim Cəfərov - 3:8
72 kq
Təsəlliverici görüş. Ülvi Qənizadə - Narek Oqanyan (Rusiya) - 2:3
1/8 final. Ramaz Zoidze (Gürcüstan) - Ülvi Qənizadə - 4:1
82 kq
Bürünc medal görüşü. Eltun Vəzirzadə - David Losonçi (Macarıstan) - 8:0
Təsəlliverici görüş. Stanislav Şafarenko (Belarus) - Eltun Vəzirzadə - 2:8
1/4 final. Vaaq Marqaryan (Rusiya) - Eltun Vəzirzadə - 5:1
1/8 final. Niku Ojoq (Rumıniya) - Eltun Vəzirzadə - 3:9
1/16 final. Pyotr Duk (Polşa) - Eltun Vəzirzadə - 6:8
97 kq
1/8 final. Orxan Nuriyev - Arvi Savolaynen (Finlandiya) - 1:4
Qeyd edək ki, daha əvvəl 87 kq çəki dərəcəsindəki İslam Abbasov qızıl medal qazanıb.