1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimiz İstanbulda
Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir.
Sportnet.az-ın məlumatına görə, bu dəfəki təlim-məşq toplanışı Türkiyədədir. Bu məqsədlə hər üç güləş növü üzrə yığma üzvləri İstanbuldadır.
Ayın əvvəlindən qonşu respublikaya yollanan Yunan-Roma güləşçiləri iştirak etdiyi təlim-məşq toplanışında Türkiyə ilə yanaşı, Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da hazırlıq keçir. Yığma üzvləri 20 - 22 iyulda İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaq.
Sərbəst və qadın güləşçilər də ötən həftədən İstanbulda təlim-məşq toplanışına başlayıb. Sərbəst güləşçilər Hindistan, Türkiyə, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə hazırlıq keçir. Qadın güləşçilərin təlim-məşq toplanışında isə Türkiyə və Hindistan komandaları da iştirak edir.
Toplanış başa çatdıqdan sonra güləşçilər 27 - 29 iyulda Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.