1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz yüklənmədən azad olur
Azərbaycanın qadın güləşçiləri gələn həftə Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində yerli komanda ilə birgə təlim-məşq toplanışı keçən milli bu həftə yüngül məşqlərlə kifayətlənib. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yüklənmədən azad olma prosesinə start verilib. Yığma son taktiki-texniki çalışmaları həyata keçirir.
Qeyd edək ki, mundialda qadınların yarışı 22 - 25 oktyabrda keçiriləcək. İlin ən vacib yarışında Azərbaycanı Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.