1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əzizli dünya çempionu, Çunayev bürünc medalçı oldu - YENİLƏNDİ
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu 59 saniyəyə tam üstünlüklə məğlub edib. Bununla da Əzizli bu il ərzində daha bir titul qazanıb. O, mayda Rusiyanın Kaspiysk şəhərində Avropa çempionu olmuşdu.
Əzizli yarımfinaladək macarıstanlı, çinli və yaponiyalı rəqiblərinə heç bir şans vermədən qələbə qazanıb. Onun çətin görüşü finala gedən yolda gürcüstanlı Nuqzari Tsurtsumiyaya qarşı olub. Əzizli bu qarşılaşmadan 6:3 hesablı üstünlüklə ayrılmağı bacarıb.
Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub.
2015-ci ilin dünya çempionu Rəsul Çunayev isə 72 kq çəki dərəcəsində bürünc medal qazanıb. Ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edən Çunayev yarımfinalda almaniyalı Frank Steblerə uduzsa da, medal qarşılaşmasında Abuyazid Mantsiqovu 4:3 hesabı ilə məğlub edib. Bu, 27 yaşlı idmançının 4 ildən sonra ikinci dünya "bürünc"ü olub.
Bununla da Azərbaycan pəhləvanlarının dünya çempionatındakı medalların Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanıb. İslam Abbasov (87 kq) isə sabah bürünc medal görüşünə çıxacaq.
-----------------------------------
Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Rəsul Çunayev və Eldəniz Əzizli finala çıxmaq üçün mübarizə aparacaqlar. Yarışa 1/8 final mərhələsindən başlayan Çunayev ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edib. Lakin o, yarımfinalda almaniyalı Frank Steblerə uduzub. O da oktyabrın 25-də bürünc medal görüşünə çıxacaq.
Əzizli isə mundiala təsnifat mərhələsindən başlayıb. O, müvafiq olaraq macarıstanlı Jozej Andrasi, çinli Liquo Çaonu və yaponiyalı Şota Tanokuranı mübarizədən kənarlaşdırıb. Əzizlinin qarşısını Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia da kəsə bilməyib. Bununla da finala yüksələn Azərbaycan yunan-Roma güləşçisi həlledici qarşılaşmada qırğızıstanlı Jolaman Şarşenbekova rəqib olub. Bu görüş oktyabrın 25-də olacaq.
Azərbaycanın digər iki yunan-Roma güləşçisi Taleh Məmmədov və Rafiq Hüseynov 1/4 finalda məğlub olublar.
55 kq
FİNAL. Eldəniz Əzizli - Jolaman Şarşenbekov (Qırğızıstan) - 10:0
1/2 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) - 6:3
1/4 final - Eldəniz Əzizli - Şota Tanokura (JPN) 9:0
1/8 final - Eldəniz Əzizli - Liquo Çao (CHN) 9:0
Təsnifat - Eldəniz Əzizli - Jozef Andrasi (HUN) 9:0
63 kq
1/4 final - Taleh Məmmədov - Həsən Əhməd Məhəmməd (EGY) 0:3
1/8 final - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 3:1
Təsnifat - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:1
72 kq
Bürünc medal görüşü. Rəsul Çunayev - Abuyazid Mantsiqov (Rusiya)
1/2 final - Rəsul Çunayev - Frank Stebler (GER) 1:9
1/4 final - Rəsul Çunayev - Məhəmmədəli Abdulhəmid Gerayi (İran) 6:4
1/8 final - Rəsul Çunayev - Tomohiro İnoe (JPN) 3:1
82 kq
1/4 final - Rafiq Hüseynov - Səid Murad Abdvali (0:3)
1/8 final - Rafiq Hüseynov - Daniel Tihomirov Aleksandrov (BUL) 4:3