
Sərbəst güləş üzrə Azərbaycan yığması fasiləyə son qoyub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, milli komanda ilin ilk təlim-məşq toplanışını ölkə xaricində keçir. Komanda baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında yanvarın 7-dən Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq prosesinə start verib. Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək.
Daha sonra yığma bir sıra yarışlarda iştirak edəcək.