Qadın güləşçilərdən Azərbaycan yığması 2019-cu ildə ilk təlim-məşq toplanışını Türkiyədə keçir.
Sportnet.az xəbər verir ki, yanvarın 16-dan baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Kayseridə hazırlığa start verən milli ayın sonunadək burada əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində məşqlərini davam etdirəcək. Toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə keçirilir.
Qeyd edək ki, komanda toplanışı başa vurduqdan sonra fevralın ilk günlərində Fransanın Nitsa şəhərində təşkil olunacaq "Qran-pri"də qüvvəsini sınayacaq.