Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, dördüncü yarış günündə 53 kq, 57 kq, 62 kq, 65 kq və 72 kq-da çıxış edən qadın güləşçilər mübarizə aparır. Azərbaycan təmsilçilərindən mübarizəyə 1/4 finaldan başlayan Tatyana Varansova debütdə Polşa idmançısına qalib gələrək yarımfinala yüksəlib. Mingəçevir güləş məktəbinin yetirməsi axşam seansında final yolunda Almaniya nümayəndəsi ilə üz-üzə gəlib. Varansova ilk hissəni 6:0 hesabı ilə öndə başa vurub. Lakin ikinci hissədə o, üstünlüyü qoruya bilməyib və finala vəsiqəni əldən verib. Varansova bu gün bürünc medal uğrunda görüşə çıxacaq.
Elis Manolova təsnifat mərhələsində Belarus güləşçisinə aman verməyərək vaxtın əvvəl qələbə qazanıb. Amma o, 1/4 finalda Rumıniya təmsilçisinə məğlub olub. Rəqib finala yüksəldiyindən Manolova martın 8-də təsəlliverici görüşdə mübarizə aparacaq.
53 kq
Bürünc medal görüşü. Tatyana Varansova - Suzanna Georgiana Seykariu (ROU)
1/2 final. Tatyana Varansova - Annika Vendl (GER) - 6:14
1/4 final. Tatyana Varansova - Aqata Marta Valerjak (POL) 8:3
65 kq
Təsəlliverici görüş. Elis Manolova - Ketrin Matis (AUT)
1/4 final. Elis Manolova - Krista Tunde İnçe (ROU) 0:4
Təsnifat. Elis Manolova - Veronika Eismant (BLR) 9:0