
Özbəkistanlı sahibkar Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti vəzifəsindən istefa verib.
Sportnet.az xəbər verir ki, qurumun rəsmi saytı bu qərarının səbəbini açıqlamayıb. Rəhimov daha əvvəl AIBA rəhbəri vəzifəsi səlahiyyətlərinin icrasını müvəqqəti dayandırmışdı.
AIBA İcraiyyə Komitəsinin bir neçə üzvü vakant posta Afrika Boks Konfederasiyasının rəhbəri Məhəmməd Mustasanın namizədliyini irəli sürüb. Mustasan təşkilata müvəqqəti rəhbərlik etməyə razılıq verib. Yaxın günlərdə İcraiyyə Komitəsinə onu müvəqqəti prezident kimi təyin etməsi təklif olunacaq. Prosesin aprelin əvvəllərinədək yekunlaşacağı bildirilir.
Qeyd edək ki, AIBA-nın büro üzvlərindən biri Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovdur.