Yunan-Roma güləşi Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb.
Sportnet.az-ın məlumatına görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən milli bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komanda Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmaların da hazırlıq planı bəlli olacaq.