
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olan Ukrayna güləşçisi Jan Belenyuk ölkədə Vladimir Zelenskinin prezident seçilməsi ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 28 yaşlı idmançı şəxsi "İnstagram" hesabından etdiyi paylaşımla diqqətləri öz üzərinə çəkib: "Mən başa düşdüm ki, biz Amerika siyasi inkişaf yolu ilə gedirik. Onlarda prezident aktyor olub, bizdə də oldu" - deyə oyunçu sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Jan Belenyuk Avropa çempionatının finalında İslam Abbasovu (87 kq) məğlub edib. O, həmçinin 2015-ci il ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatının qalibidir.