
Polşanın Krakov şəhərində 15 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.
Sportnet.az xəbər verir ki, İyunun 27-də startı verilən qitə birinciliyində sərbəst güləş yarışına yekun vurulub. Təmsilçilərimizdən altısı fəxri kürsüyə qalxıb. Abdulrəhman İbrahimov (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
İlkin Qənbərov (52 kq) gümüş, Elman Məmmədov (38 kq), Musa Ağayev (48 kq), Elcan Nadirli (52 kq) və Elnur Qədirov (57 kq) isə bürünc medal qazanıb.