Sportnet.az xəbər verir ki, son yarış günündə 86 kq, 97 kq, 125 kq-da sərbəst, 82 kq, 97 kq və 130 kq-da yunan-Roma güləşində medalçılar müəyyənləşib. Azərbaycan pəhləvanlarından 5-i fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) gümüş, Elvin Mürsəliyevlə (82 kq) Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (86 kq) ikinci yeri tutub.
Beləliklə, Azərbaycan güləşçiləri Qran-pridə ümumilikdə 13 medal qazanıb. Bunladan 2-si qızıl, 7-si gümüş, 4-üisə bürünc əyarlı olub.