Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 23 yaşadək sərbəst güləşçilərin mübarizəsi başa çatıb.
Sportnet.az xəbər verir ki, mundiala 8 nəfərlə yollanan bu növ üzrə Azərbaycan yığması 5 medal qazanıb. Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) bürünc medala sahib olub. Ümumilikdə komandanın topladığı xal 111-ə bərabər olub. Bu nəticə ilə Azərbaycan dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.
Qeyd edək ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən keçirilən analoji yarışlarda sərbəst güləş yığmasının ən yaxşı nəticəsidir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |