İtaliyanın paytaxtı Roma keçiriləcək güləş üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçilərdən Əfqan Xalaşov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq) döşək üzərinə çıxacaq.
Yunan-Roma güləşçilərinin mübarizəsinə isə Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) qatılacaq.
Qeyd edək ki, Avropa çempionatı 10-16 fevralda olacaq.