Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Monqolustan və Qırğızıstan yığmaları qüvvələrini sınayıblar. Turnirə baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 12 boksçu ilə qatılan Azərbaycan millisi 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Kamil Babayev (52 kq), Zaur Qəhrəmanov (57 kq) və Murad Məhərrəmov (75 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan fərqli, finalda məğlub olan Tural Sarıyev (50 kq) ikinci yeri tutub. Elgün Babayev (48 kq), Taci Tağızadə (57 kq), Rza Rzazadə (70 kq) və Nicat Qurbanov (66 kq) bürünc medalla kifayətləniblər.
Çempion tituluna yiyələnən Zaur Qəhrəmanov daha bir nominasiyada mükafatlandırılıb. Astara boks məktəbinin yetirməsi turnirin ən texnikalı boksçusu seçilib.