İyunun 7-də Azərbaycan və Rusiyanın sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Dağıstan Respublikasının Levaşi rayonunda baş tutacaq qarşılaşma dövlət və ictimai xadim Həmid Həmidovun 60 illiyinə həsr olunacaq.
Yığmamızın böyük məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçi yollanacaq. Ölkəmizi Yaşar Əliyev (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Emin Əzizov (70 kq), Əşrəf Əliyev (74 kq), İbrahim Usubov (86 kq), Şərif Şərifov (97 kq) və Valera Rodriqes (125 kq) təmsil edəcək.