"1994-cü ildən “Yuventus” azarkeşiyəm. O vaxtdan oyunlarını izləyirəm. Hətta oyun alverinə görə B Seriyasına düşəndə belə, komandaya sadiq qaldım".
Sportnet.az xəbər verir ki, bu fikirləri Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev “Report”un “Instagram” səhifəsində canlı yayımda deyib.
O bildirib ki, Turin klubunu kiməsə görə sevməyib: "Milli komandalardan isə İtaliyaya azarkeşlik edirəm. Futbolu Roberto Bacconu görüb sevmişəm. "Yuventus"a isə özünə görə azarkeşlik edirəm".
Ağayev nə vaxtsa "Yuventus"la məşqə çıxmaq istədiyini söyləyib: "Mütləq Turinə gedəcəyəm. İtaliyanı, xalqını çox sevirəm".