Rusiya və Azərbaycanın sərbəst güləş üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, Levaşi rayonunda baş tutan qarşılaşma millimizin məğlubiyyəti ilə yekunlaşıb - 2:6.
Böyük məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi heyət üzvlərindən Əşrəf Əliyev (74 kq) Kamal Malikova, əslən dağıstanlı olimpiya çempionumuz Şərif Şərifov (97 kq) isə Hacımurad Murtuzəliyevə qalib gəlib. Digər pəhləvanlarımıza gəldikdə, Yaşar Əliyev (57 kq) Nəriman İsrapilova, Əhmədnəbi Qvarzatilov (61 kq) Mürşüd Mütəllimova, Məhəmməd Müslümov (65 kq) İlyas Bəybuladova, Emin Əzizov (70 kq) Ramazan Şamsudinova, İbrahim Usubov (86 kq) Əbdülrəşid Sədullayevə, Valera Rodriges (125 kq) isə Muradin Kuşxova yenilib.
Qeyd edək ki, görüş Dağıstan Güləş Federasiyasının ilk prezidenti Həmid Həmidovun 60 illik yubileyinə həsr olunub.