Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Sportnet.az xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.
Nəticədə azərbaycanlı hakim Akif Tahirov bu ada layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.
Namizədlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində onlar tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.
Tahirov Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.