
Bakı. 9 fevral. REPORT.AZ/ Macarıstanın Debresten şəhərində boks üzrə İştvan Boşkai beynəlxalq turnirinə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan boksçuları yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
52 kq çəki dərəcəsində final görüşündə Məsud Yusifzadə və Salman Əlizadə üz-üzə gəlib. Gənc Yusifzadə təcrübəli Avropa çempionu olan komanda yoldaşını məğlub edərək, 1-ci yerə layıq görülüb – 2:0
75 kq çəki dərəcəsində çıxış edən Xaybulla Musalov da Macarıstandan qızıl medalla dönüb. Milli komandanın üzvü Macarıstan boksçusu Bamabas Neqi ilə qarşılaşmalı idi. Ancaq rəqib idmançı rinqə çıxmayıb.
Azərbaycan çempionu Elnur Əliyev (64 kq) yarımfinalda Monqolustan təmsilçisi Baatarkhuu Çinzoriqə uduzaraq, 3-cü yerlə kifayətlənib. Yığmamızın heyətində Fərid Ağamoğlanov (56 kq), Elvin İsayev (60 kq), Rauf Rəhimov (81 kq) mükafatsız qalıblar.
Qeyd edək ki, ümumkomanda hesabında Azərbaycan Macarıstan, Monqolustan və Xorvatiyadan sonra 4-cü yeri tutub.