Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan gürcüstanlı legioner niderlandlı Yur Speykerslə üz-üzə gəlib. Görüş Speykersin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənməli olub.
Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurub. Milli komanda üzvlərindən Balabəy Ağayev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hidayət Heydərov (73 kq) isə 3-cü yeri tutub.
-----------------------------------
Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı finala gedən yolda İnal Tasoyevlə (Rusiya) qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Kokauri bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Yur Speykers (Niderland) olacaq.
-------------------------------------------
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.
Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.
Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.
---------------------------------------------
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayacaq. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verəcək.
Fətiyev ilk görüşündə Şeyx Dabonn Abraham Fauzi (Fil Dişi Sahili) / Tim Qramkov (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Mehdiyevin bu raunddakı rəqibi Rumenici İppet (Konqo) / Aleksis Matyö (Fransa) cütünün qalibi olacaq. Kokauri isə startda Emre Sanalı (Fransa) sınağa çəkəcək.
Böyük Dəbilqə
81 kq
1/8 final: Murad Fətiyev - Tim Qramkov (Almaniya)
90 kq
1/8 final. Məmmədəli Mehdiyev - Aleksis Matyö (Fransa)
+100 kq
1/8 final: Uşangi Kokauri - Emre Sanal (Fransa)
1/4 final: Uşangi Kokauri - Mbaqnik Ndiaye (Seneqal)
1/2 final. Uşangi Kokauri - İnal Tasoyev (Rusiya)
Bürünc medal görüşü. Uşangi Kokauri - Yur Speykers (Niderland)
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.